20 Aprel 2015 12:18
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma olub. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, aprelin 18-də saat 00:30 radələrində Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində Elnur Nəsirov və onun qardaşı Orxan bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya aparılıb.

Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Tehran Səlimov tutulub.

Hacı Zeynalov


Müəllif: