20 Aprel 2015 12:49
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü Əfqan Abdullayev idarə etdiyi “Mercedes” markalı minik maşını ilə yolu keçmək istəyən 1940-cı il təvəllüdlü Həmidə Babayevanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: