20 May 2014 18:09
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada axtarışda olan azərbaycanlı həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, İltifat Həmzəyev Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və Rusiya Federasiyası Cianyət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 222-ci (qanunsuz odlu silah gəzdirmə) maddələri ilə axtarışda olub.

İltifat Həmzəyev Rusiya Federasiyası ərazisində tutulub.

Hacı Zeynalov


Müəllif: