20 Aprel 2015 18:09
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Saqi Eyvazov və Ağstafa rayon sakini, 1976-ci il təvəllüdlü Aqil Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 5-də Mərdəkan qəsəbəsində yerləşən istirahət mərkəzində iki naməlum şəxs Bakı şəhər sakini Zaur İsmayılovu yumruqla vuraraq mobil telefonunu əlindən alaraq qaçıblar.

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Saqi Eyvazov və Ağstafa rayon sakini, 1976-ci il təvəllüdlü Aqil Qurbanov tutulublar.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Saqi Eyvazov 4 il, Aqil Qurbanov isə 4 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: