20 May 2014 18:20
922

Sumqayıt şəhər sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Seyidağayevdən 1 kiloqram 45 qram heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: