21 Aprel 2015 09:51
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Rəsulzadə qəsəbəsində yerləşən yarım tikilidə qeydə alınıb.

Həmin yarım tikilidə fəhlə işləyən Abşeron rayon sakini Yasin Həsənovun cibindən 950 manat oğurlanıb. Yasın Həsənov oğurluq hadisəsi ilə bağlı polisə şikayət edib.

4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Fərman Şirin oğlu Kamallı tutulub. Fərman Kamallı əvvəllərdə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: