Bakının Nəsimi rayonunda dilənçilərə qarşı rey keçirilib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avara və dilənçiliklə məşğul olan 13 nəfər saxlanılıb.
Saxlılanılanlardan 3-ü kişi, 3-ü qadın, 7-i isə azyaşlıdır. Saxlanılanların barələrində müvafiq tədbir görülüb.
Hacı Zeynalov