Gədəbəy rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Bakı şəhər sakini Əziz Əsgərov idarə etdiyi “Yamaha” markalı dövlət qeydiyyat nişanları olmayan motosikleti aşırıb.
Nəticədə Ə.Əsgərov xəstəxanaya aparılarkən yolda ölüb.
Hacı Zeynalov