21 Aprel 2015 16:51
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdəİntiqam Əliyevin vəkilləri Şəhla Hümbətova, Cavad Cavadlı, Elçin Sadıqov və Fəxrəddin Mehdiyev müdafiə nitqi ilə çıxış ediblər. Onlar müdafiə etdikləri şəxsin günahsız olduğunu, hər hansı cinayət törətmədiyini, bildirib, məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Dövlət ittihamçısı Fərid Nağıyev isə replika hüququndan istifadə edərək çıxış edib. O, bildirib ki, müdafiə tərəfi özlərini sərf edən vaxtı zərərçəkən Gülşən Orucovanın ifadəsinə istinad edirlər, onun ifadəsinin digər hissələrinə isə əhəmiyyət vermirlər.

Prokuror müdafiə tərəfinin İntiqam Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməmiş iş yerində axtarışa başlanması barədə iddialarının da əsassız olduğunu deyib. Dövlət ittihamçısı vurğulayıb ki, İntiqam Əliyev barəsində həbs qətimkan qərarı seçiləndən sonra maddi sübutların toplanmasına başlanıb və istintaq zamanı hər hansı qanun pozuntusuna yol verilməyib.

Proses aprelin 22-də davam etdiriləcək.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Hüquq Maarifçiliyi Cəmiyyətində (HMC) mühasib işləyən Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına 119 min manat pul köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf isə bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər.

İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər