21 Aprel 2015 17:39
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqlamaqda təqsirli bilinən İsmayıl Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində mühafizəçi kimi çalışan Biləsuvar rayon sakini, 25 yaşlı İsmayıl Abbasov iş yoldaşı – Bakı şəhər sakini, 31 yaşlı Konstantin Dutkini bıçaqlayıb. İş yoldaşının ciddi xəsarət aldığını görən İsmayıl ona yardım da etmək istəyib. Onlar hadisədən əvvəl zarafatlaşıblar. Elə hadisə də onların zarafat etməsi zamanı baş verib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İsmayıl Abbasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: