21 Aprel 2015 18:10
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 9 gün əvvəl baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Abşeron Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə aprelin 13-də Abşeron rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Tahir Əhmədov idarə etdiyi “Lifan” markalı avtomobili yolayırıcısına vurub. Xəstəxanaya yerləşdirilmiş Tahir Əhmədova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər