21 Aprel 2015 19:57
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda beynəlxalq rabitə xidmətləri ilə qanunsuz məşğul olan xarici ölkə vətəndaşları barəsində cinayət işi başlanıb.

Ayrı-ayrı xarici ölkə vətəndaşlarının xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan Bakı şəhərində kirayə götürdükləri mənzillərdə xüsusi avadanlıqlar quraşdırmaqla beynəlxalq rabitə xidmətləri təşkil edərək dövlətə külli miqdarda ziyan vurmalarına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, araşdırmalar zamanı, qeyd olunan qanunsuz əməlləri həyata keçirməklə Ukrayna Respublikasının vətəndaşının 25 min 571 manat, İran İslam Respublikasının vətəndaşlarının 7 min 323 manat, Rusiya Federasiyası vətəndaşının 40 min 692 manat, Gürcüstan Respublikasının vətəndaşlarının 2 min 878 manat məbləğində dövlətə ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər