22 Aprel 2015 13:40
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda mağazadan xeyli miqdarda pul oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 20-də İsa Musayevə məxsus mağazadan 5400 manat dəyərində məişət əşyaları oğurlanıb. Mağaza sahibi oğurluq hadisəsi ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə şikayət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslər müəyyən edilib. Oğurluq edənlər Dəliməmmədli şəhər sakini Mübariz Kazımov və Göygöl rayon sakini Elvin Kərimovdur. Hər iki şəxs həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər