22 Aprel 2015 16:56
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 31 yaşlı Bayram Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin və 4-cü polis bölməsinin birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 31 yaşlı Bayram Aslanov iki aylıq axtarışdan sonra tutulub.

Araşdırmalar zamanı məlum olub ki, Bayram Aslanov Sumqayıt şəhər sakinləri olan Emin Məmmədzadənin və Bəşir Məmmədovun etibarından sui istifadə edərək, iş düzəltmək adı ilə hər birinin 10 min ABŞ dollarını alaraq aradan çıxıb.

Sumqayıt polisi Bayram Aslanovu yaşadığı Bakı şəhəri Sabunçu rayonu xəstəxanayani küçəsi, ev 20,mənzil 4-də saxlamağa müvəffəq olub.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiririlən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Bayram Aslanov 9 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər