22 Aprel 2015 17:06
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alverində təqsirli bilinən Salyan sakini Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Natiq Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini Natiq Məhərrəmov saxlanılıb.

Saxlanılarkən ondan 4 kiloqram 500 qram marixuana aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər