Udmurtiyada baş verən dəhşətli qətlin təfərrüatı açıqlandı
Udmurtiya Respublikasında gənc qadının ölümündə təqsirli bilinən yüksək vəzifəli məmura hökm oxunub.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, istintaq Balezinsk rayonu administrasiyasının rəhbəri Aleksandr Vasilyevin cinayəti sərxoş vəziyyətdə törətdiyini müəyyən edib. O, yolda tanıdığı ənc qadını - Darya Derendyaevanı evə aparmaq üçün maşına götürüb və bir qədər sonra ona cinsi əlaqədə olmağı təklif edib. Rədd cavabı alan məmur minaaxtaran bellə qadını döyərək öldürüb.
Məhkəmənin qərarı ilə sabiq məmur Aleksandr Vasilyev 7,5 il həbs cəzası alıb. O, cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bundan başqa 42 yaşlı Vasilyev qətlə yetirdiyi 26 yaşlı Darya Derendyaevanın oğluna 1 milyon rubl (təqribən 20 000 manat) kompensasiya ödəyəcək.
Qətlə yetirilən Daryanın bir oğlu olduğu bildirilir. O, vətəndaş nikahı ilə bir nəfərlə yaşayırmış. Vasilyev avtomobilində olanda bir neçə dəfə qadına cinsi əlaqədə olmağı təlkif etdə də, o, imtina edib. Bundan sonra Vasilyev onu ölənədək döyüb. Təqsirləndirilən şəxs məhkəmədə deyib ki, birinci qız ona hücum edib. Daryanın cəsədi 3 hədtədən sonra tapılıb. O, ötən ilin martında qətlə yetirilib.
İstintaq zamanı Vasilyevin daha bir cinayəti üzə çıxıb. Belə ki, o, həmin ilin fevral-mart aylarında bir şirkət rəhbərindən 19 milyon rubl (382 000 manat) rüşvət alıb.
Nihad