24 Aprel 2015 13:05
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Masazır qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri Təyyar Hüseynov və onun arvadı Təzəgül vurulub. Hər iki piyada xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “QAZ-31105” markalı avtomobilin sürücüsü, paytaxt sakini Zamin Məmişov tutulub.

Hacı Zeynalov


Müəllif: