Bakının Nəsimi rayonunda iki ay əvvəl törədilən cinayətin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Əlisahib Baxşıyev tutulub. O, fevralın 3-də Rüfət Ağayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov