27 Aprel 2015 11:21
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtobusun iştirakı ilə yol qəzası baş verib, ölən var.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a bildiriblər ki, aprelin 26-da saat 11 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakinləri - 1956-cı il təvəllüdlü Yaşar Mehdi oğlu Məmmədovun idarə etdiyi “İnfiniti” markalı, 1982-ci il təvəllüdlü Habil Əli oğlu Bayramovun idarə etdiyi özünə məxsus 148 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı avtobus və 1994-cü il təvəllüdlü İsfəndiyar Mikayıl oğlu Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub, nəticədə İ.Abadullayev və sərnişini - atası 1963-cü il təvəllüdlü Mikayıl Əziz oğlu xəstəxanaya daxil olub, İ.Abdullayev xəstəxanada ölüb.

Fakt Sabunçu RPİ 12-ci PB tərəfindən araşdırılır.


Müəllif: