Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəsəbə sakini pivə “butulka”sındakı mayeni pivə sanıb. Belə ki, aprelin 26-da rayonun Hindarx qəsəbə sakini Cəsarət Cəfərov səhvən pivə şüşəsində saxlanılan benzini içib. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov