27 Aprel 2015 14:57
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.

Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər