Bakının Binəqədi rayonunda dilənçilərə qarşı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyatı Binəqədi Rayon Polis İdarəsinin 6-cı və 40-cı bölmələrinin əməkdaşları keçirilib.
Polis tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 19 nəfər barəsində müvafiq tədbir görülüb.
Hacı Zeynalov