27 Aprel 2015 16:04
488

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Qazax rayon sakinləri - 1976-cı il təvəllüdlü Musa Qoca oğlu Mirzəliyevdən 103,710 qram narkotik vasitə olan heroin aşkar olunub, ona narkotik vasitəni satmaqda şübhəli bilinən, 1974-cü il təvəllüdlü Həmid Rövşən oğlu Əliyev də tutulub.

Həmid Əliyevin müvəqqəti yaşadığı mənzildən əlavə olaraq 1 kiloqram 115 qram heroin və 465 qram tiryək aşkar olunaraq götürülüb.

Hacı Zeynalov


Müəllif: