Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində pul üstündə qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb. 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla şəxsi münasibətlər zəminində tanışı Gədəbəy rayon sakini, 22 yaşlı Röyal Səfərovu qətlə yetirib. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub. Yarəli Dadaşov 14-cü polis bölməsinə gələrək könüllü təslim olub.
İfadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları Röyal Səfərovun meyitini orada aşkarlayıblar.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsriləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 4-ə təyin edilib.
Hacı Zeynalov