Sumqayıt şəhərində hədə-qorxu yolu ilə pul tələb etmə cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhər sakini Yaşar Əbdürrəhmanov aprelin 22-də Nuranə Hümbətovadan 7500 manat və qızıl əşyalarını hədə-qorxu ilə tələb edib. Nuranə Hümbətova hədə-qorxu ilə üzləşməsi barədə polisə şikayət edib.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşar Əbdürrəhmanov saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşaması üzə çıxıb.
Hacı Zeynalov