Şəkidə yanacaq oğurluğu ilə məşğul olan iki nəfər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi Aşağı Göynük kəndində qeydə alınıb. Kənd sakinləri Şahid Cabbarova, Yusif Yusifova və Şakir Əliyevə məxsus yardımçı otaqlardan ümumilikdə 1110 litr yanacaq oğurlanıb.
Onlar baş verən oğurluq hadisəsi ilə bağlı Şəki polisinə şikayət ediblər. Keçirilən əməliyyat nəticəsində oğurluğu etməkdə təqsirli bilinən həmin kəndin sakinləri Namiq Salmanov və Orxan Osmanov tutulublar.
Hacı Zeynalov