Daxili İşlər Nazirliyi Yasamal rayonunda baş verən yanğınla bağlı açıqlama yayıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə aprelin 28-də saat 01 radələrində Yasamal rayonunun Şərifzadə küçəsində qeydə alınıb. Çay evindən “Saf Su” doldurma məntəqəsinə keçən yanğın baş verib.
Yaxınlıqda yerləşən avtoyuma məntəqəsində işləyənlərdən Qax rayon sakini Şöhrət Xanbabayev yanğını söndürmək məqsədi ilə sındırdığı pəncərə şüşəsi ayağına düşdüyündən qanaxmadan ölüb, həmyerlisi Kamandar Allahquluzadə isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Yanğın nəticəsində 255 kvm. sahədə dam örtüyü yanıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov