Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə aprelin 26-da S.S.Axundov küçəsində yerləşən çay evində qeydə alınıb.
Bakı şəhər sakini İntizar Süleymanovanın içərisində 1187 manat, şəxsiyyət vəsiqəsi və 3 ədəd bankomat kartı olan pul kisəsi oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən müəyyənləşib. Cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Anar Kərimovdur. O, həbs edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hacı Zeynalov