21 May 2014 12:48
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda kanalizasiya quyusunda zəhərlənən fəhlələrdən biri xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, zəhərlənmə hadisəsi rayonun Xarici Dairəvi küçəsində qeydə alınıb. Həmin küçədə kanalizasiya quyusu qazan fəhlələr - Bakı şəhər sakinləri Fazil Qasımov, Namiq Ağayev və Coşqun Novruzov quyuya sızmış metan qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Zəhərlənənlərdən biri, Namiq Ağayev mayın 20-də Toksikologiya Mərkəzində ölüb.

Hacı Zeynalov


Müəllif: