21 May 2014 12:59
687

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.

Otlaq sahəsində Separadi kənd sakini Tarverdi Məmmədov idarə etdiyi “MMZ-4502” markalı avtomobilə ot bağlaması yığarkən avtomobilin yük yerində olan kənd sakini Orxan Babayev yıxılıb. O, hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: