29 Aprel 2015 14:05
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsriləndirilən Müsavat partiyası başqanının müavini Fərəc Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. O, Fərəc Kərimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası mayın 6-da müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

Qeyd edək ki, Fərəc Kərimli narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər