Bakının Suraxanı rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb. İnşa edilən binada fəhlə işləyən Bakı şəhər sakini Elmir Kazımov 4-cü mərtəbədən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Elmir Kazımov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov