29 Aprel 2015 16:56
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Arif İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, quldurluq hadisəsi Q.Qarayev prospektində qeydə alınıb. Beyləqan rayon sakini Cəfər Həsənov həmin ünvanda hücuma məruz qalıb. Həmin şəxs Cəfər Həsənova hədə-qorxu gələrək 46 manatını alıb.

Cəfər Həsənov quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı 25-ci polis bölməsinə şikayət edib. O, şikayətində bildirib ki, ona qarşı quldurluq edənin Arif adlı şəxs olub. Onun şikayəti əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Arif İsgəndərov həbs edilib. Arif İsgəndərovun bundan əvvəl soyğunçuluq cinayəti törətdiyi üçün məhkum olunduğu bildirilir.

Arif İsgəndərov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Arif İsgəndərov 6 il müddətə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər