29 Aprel 2015 23:50
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda dərmandan zəhərlənmə faktı qeydə alınıb. Bu barədə Teleqraf.com-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, zəhərlənmə faktı rayonunun Türkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Əfsanə Babayeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, bu səbəbdən onun həyatını xilas etmək mümkün olub.

Əfsanə Babayevanın intihar etmək məqsədilə dərman içdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər