Şəki şəhərində mağaza sahibinə qarşı quldurluq hadisəsi törədilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Şəki şəhərində mağazalardan birinin qarşısında qeydə alınıb. Naməlum şəxs mağazanın işçisi Mehman Məmmədova zor tətbiq edərək 45 manatını alıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Nüsrət Həsənov tutulub.
Hacı Zeynalov