30 Aprel 2015 08:43
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com Kəpəz TV-yə istinadan məlumat verir ki, gecə saat 4 radələrində Gəncə şəhər TTYX-na şəhər sakini 21 yaşlı Şükür Əşrəfov gətirilib.

Döş qəfəsinin və qarının daxilə keçən kəsilmiş deşilmiş yarası diyaqnozu ilə xəstəxanaya çatdırılan, Şükür Əşrəfov dərhal həkimlər tərəfindən əməliyyata götürülüb.

Hadisənin hansı zəmində, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırmalara başlanılıb.


Müəllif:

Oxşar xəbərlər