21 May 2014 14:41
1 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Denford Qrant 25 il həbs cəzası çəkəcək.

Növbətçi Vaşinqtonun Kinq ştatının məhkəməsində ötən gün keçmiş prokuror və vəkilə qarşı hökm oxunub.

Teleqraf.com bildirir ki, keçmiş işçinin təcavüzkar olduğu məlum olub, o bir neçə masaj salonlarında işçi qızlara təcavüz edib. Hakimin Uilyam Douninqin qərarı ilə Denford Qrant 25 həbs cəzası çəkəcək. 49 yaşlı cinayətkar son söz olaraq peşman olduğunu bildirib və zərər çəkmişlərin ailə və özlərindən üzr istəyib.

May ayının əvvəlində Qrant özünü zorlanmanın beş bəndinə əsasən və oğurluqda günahkar olduğunu bildirib. Denford təhqirlərindən hər birinə görə beş il həbsxana həyatı keçirəcək. Denford Qrant 2012-ci ilin sentyabr ayında həbs olunub. Qrant 45 yaşlı qadının üzərinə cumaraq pıçaqla hədələyib və yaralayıb. Araşdırma zamanı daha iki epizod ortaya çıxıb, buna baxmayaraq hadisələrin dəlilləri yetərincə olmadığından onları subuta yetirmək olmayıb. Həmin iki cinayət ittiham edici materiallardan silinib. Qrant isə bildirib ki, zorlanan deyilən qadınların yarısı pul qarşılığında onunla münasibətdə olublar.

Prokuror Den Satterberq müqəssiri amansız təcavüzkar adlandırıb. O həmçinin Qrantı xarakterizə edərək başqaları üzərində əmr etməyi sevən biri kimi qələmə verib. /anspress/


Müəllif: Teleqraf.com