30 Aprel 2015 14:52
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, hadisə aprelin 29-da saat 21 radələrində Cəlilabad rayonunun Alar kəndində qeydə alınıb. Kənd sakini Güloğlan Əzizovun idarə etdiyi “VAZ-21074” və Siyəzən rayon sakini Orxan Sədrəddinovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Güloğlan Əzizov hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: