30 Aprel 2015 15:34
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı İntiqam Meydarov saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, saxlanılan şəxsin əlindəki iki ədəd selofan torbadan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış cəmi 900 qutu müxtəlif adlı xarici siqaretlər götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif: