30 Aprel 2015 15:38
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə aprelin 29-da saat 06 radələrində Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Tural Məmmədovun idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Rasim Quliyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə Tural Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: