30 Aprel 2015 16:26
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24-27-si tarixlərində Dərnəgül qəsəbəsində Bakı şəhər sakini Ülfət Ələsgərova məxsus “Bobsat S-175” markalı yük qaldırıcı traktor naməlum şəraitdə oğurlanıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Səbuhi Eldar oğlu Mirzəyev və Lerik rayon sakini 1975-ci il təvəllüdlü Eldəniz Ağabala oğlu Məmmədov tutulublar.

Hacı Zeynalov


Müəllif: