30 Aprel 2015 20:52
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törədən Vasif Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nizami rayonu ərazisində Bakı şəhər sakini Xəyal Rəhimov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Vasif Qəniyev tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, Xəyal Rəhimov sevgilisi olan qızla bir yerdə dayandığı zaman Vasif Qəniyev söyüş söyüb. Vasifin söyüşləri Xəyal Rəhimova xoş gəlməyib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Vasif Qəniyev Xəyalı bıçaqlayıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vasif Qəniyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər