4 May 2015 16:07
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanışının avtomobilini oğurlayan şəxs məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, H.Əliyev Beynəlxalq Hava Limanının ərazisindən Bakı şəhər sakini Tamilla Alverdiyevaya məxsus “Lexus” markalı avtomobili tanışı, Bakı şəhər sakini Turan Məmmədli tərəfindən qaçırılıb.

Avtomobil DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonunun ərazisində hərəkətdə olarkən aşkar edilib və Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobildə olan 2 nəfərdən 1-i qaçıb, Bakı şəhər sakini Habil Quliyev isə tutulub.

H.Quliyev izahatında avtomobildə olan digər şəxsin bacısı oğlu Turan Məmmədli olmasını bildirib.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: