Bakının Binəqədi rayonunda avtomobil qəzası törədən sürücü həbs edilib.
Bu barədə Teleqraf.com-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də Rəfiqə Musayevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fariz Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov