Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi A.Ağayev küçəsində yaşayan Səadət Zaidovanın evində baş verib. O, ərizə ilə 26-cı polis bölməsinə müraciət edərək həyətində kirayədə qalan Mədinə adlı qadın 100 manat, mobil telefon və geyim əşyalarını oğurladığını qeyd edib.
Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mədinə Məsimova tutulub.
Hacı Zeynalov