Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Ərəstun Əliyevin əl yükünə gömrük baxışı keçirilib.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı plastik qabın içərisində xalis çəkisi 200,01 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Naibə QURBANOVA