Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xocahəsən qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Natiq Haqverdiyev yaşadığı evdə özünü asaraq ölüb. Hadisənin səbəbləri məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Hacı Zeynalov