6 May 2015 15:59
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.

Kəlbəcər rayonundan məcburi köçkün olan 1975-ci il təvəllüdlü Novruz Cabbarov yaşadığı evdə özünü asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Novruz Cabbarov həmin kəndin orta məktəbində müəllim işləyib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər