Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kənan Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Kənan Hüseynli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il oktyabrın 19-da saat 01 radələrində Xətai rayonunda baş verib. Nobel prospektində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynli Kənan Şahin oğlu idarə etdiyi “Jaguar” markalı avtomobili qarşıda gedən Türkiyə vətəndaşı Əhməd Damların idarə etdiyi “KÖGEL” markalı avtomobilə çırpıb. K.Hüseynli və avtomobilindəki 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov