8 May 2015 14:22
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda bir neçə gün əvvəl törədilən qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, mayın 6-na keçən gecə Aşağı Avşar kəndi ərazisində baltalanaraq öldürülən 30 yaşlı Saqibət Qədimovun qatilinin onun qaynı, 1989-cu il təvəllüdlü Cavid İsmayılov olduğu müəyyən edilib.


Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cavid İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, qətl hadisəsi qisqanclıq zəminində baş verib. 1985-ci il təvəllüdlü Saqibət Qədimovanın baltalanma ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər